TƏCRÜBƏ VƏ KARYERA ŞÖBƏSİ KONFRANS KEÇİRMİŞDİR

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun əmri və mövcud tədris planına əsasən 24 noyabr–28 dekabr 2016-cı il tarixlərində Biologiya-Kimya fakültəsinin Kimya müəllimliyi, Biologiya müəllimliyi və Kimya –biologiya müəllimliyi ixtisaslarının, eyni zamanda, Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi (ingilis, rus, alman) ixtisaslarının IV kurs tələbələri Gəncə şəhərinin tam orta məktəblərində ( 4, 6, 18, 25, 27, 31,39,43 və 44) pedaqoji təcrübədə iştirak etməlidirlər.

Bu münasibətlə Təcrübə və karyera şöbəsinin əməkdaşları həmin fakültələrin rəhbərliyi və ixtisas kafedralarının müdirləri  ilə birgə pedaqoji təcrübə ilə bağlı başlanğıc  təlimati–metodiki konfrans keçirmişlər.

Universitetin I və III tədris binalarında keçirilən konfranslarda təlimati söhbətlər aparılmış, nizam-intizam, davamiyyət xüsusilə nəzərə çatdırılmış, mübahisə doğuran məsələlərə aydınlıq gətirilmişdir.

O da qed edimişdir ki, Universitetimizin orta məktəblərlə əlaqələri günü-gündən genişlənir. Son bir il ərzində 4 və 39 nömrəli baza məktəbləri ilə  əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. Müəllim və təcrübəçi tələbələrə bu əməkdaşlığı daha da inkişaf etdirmək tövsiyyə olunmuşdur.