TƏCRÜBƏ VƏ KARYERA ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI MƏKTƏBLƏRDƏ

Artıq bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin Riyaziyyat –İnformatika fakültəsinin müəllimlik ixtisaslarında təhsil alan IY kurs tələbələrinin yekun pedaqoji təcrübələri başlamışdır. Universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri  dosent Cabbar  Qarayev Gəncə şəhərində yerləşən 9, 11, 39 saylı tam orta məktəblərdə olmuş, pedaqoji təcrübənin gedişatı ilə maraqlanmış, təcrübəçi tələbələr və  rəhbər müəllimlərlə görüşüb söhbətlər aparmışlar.Sınaq dərsləriun təşkili və keçirilməsi, müzakirəsi, sənədləşmələrin aparılması  barədə əlavə izahatlar verilmiş, təlimati qaydalar bir daha nəzərə çatdırılmışdır. O da qeyd edilmişdir ki, əsas nizam-intizamdır. Tələbələr vaxtlı-vaxtında aidiyyatı məktəblərdə olmalı, nümunəvi davranış qaydalarına əməl etməli, məktəb kollektivi ilə birgə tədbirlərin təşkilində fəallıq göstərməli, ən əsas da müasir dərsə verilən tələblərə yaxından bələd olmalıdırlar.

Psixologiya kafedrasının əməkdaşlarının da dəvət edildiyi görüşlər olduqca səmərəli keçmişdir.