Təcrübəçi tələbələrlə şagirdlər arasında idman yarışı keçirilib

Gəncə şəhəri, İmadəddin Nəsimi adına 44 saylı Lisey Lompleksində  Bədən tərbiyəsi və idman  müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Aysel Alıyevanın 9-cu sinif şagirdləri üçün “Voleybol” mövzusunda sınaq dərsi olub.

Dərsdə orta məktəbin Bədən tərbiyəsi və idman müəllimləri – Yeganə Məmmədova, Sədaqət Əliyarova və Arzu Vəliyeva da iştirak ediblər.

Əvvəlcə təcrübəçi müəllim tərəfindən voleybol idman növünün yaranma tarixi və qaydaları haqqında şagirdlərə məlumat verilib.

Sonra şagirdlərin bədən tərbiyəsi və idmana marağını artırmaq üçün təcrübəçi tələbələrlə orta məktəbin şagirdləri arasında bir sıra idman yarışları təşkil olunub.