Təcrübəçi tələbələrlə şagirdlərin birgə hazırladığı Novruz şənliyi maraqla qarşılanıb

Gəncə Dövlət Universitetinin Musiqi müəllimliyi ixtisasında təhsil alan təcrübəçi tələbələrin təşkilatçılığı ilə Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbdə Novruz şənliyi keçirilib.

Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Musiqi fənləri kafedrasının müəllimləri Nüşabə Seyfullazadə, Səidə Həsənova və Svetlana Abbasova, pedaqoji təcrübədə iştirak edən təcrübəçi tələbələr, həmçinin məktəbin direktor müavini Məlahət Səmədova, şagirdlər və valideynlər iştirak ediblər.

Şənlikdə şagirdlər tərəfindən Novruz Bayramına və adət ənənələrimizə aid səhnəciklər oynanılıb, mahnılar oxunub, şeirlər söylənilib, rəqslər ifa edilib.

Novruz şənliyinin aparıcısı və senari müəllifi, Musiqi müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Könül Rəhimli və onun tələbə yoldaşları Fəridə Tələtzadə, Samirə Qəhrəmanova, Şərafət İbrahimovanın əməyini metodist müəllimlər və məktəbin kollektivi yüksək qiymətləndirib.

Tədbirin sonunda Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin direktor müavini Məlahət Səmədova çıxış edərək Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibova öz minnətdarlığını bildirib və bu cur tədbirlərin gələcəkdə də davam etdirilməsini arzulayıb.