Təcrübəçi tələbənin açıq dərsi pedaqoqlar tərəfindən yüksək qiymətləndirilib

Gəncə şəhəri İsrafil Məmmədov adına 27 saylı məktəb – liseydə Pedaqoji fakültənin Musiqi müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Günay Məmmədovanın 2-ci sinif şagirdləri üçün “Musiqi dili” mövzusunda sınaq dərsi olub.

Təcrübəçi tələbə dərsdə dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov haqqında ətraflı məlumat verib, onların yaratdığları əsərlərindən ibarət kiçik səhnəciklər qurub.

Dərsdə Təcrübə və karyera  şöbəsinin müdiri Cabbar  Qarayev, orta məktəbin direktoru Kəmalə İsgəndərova, metodist müəllim Lalə Rəfibəyli, orta məktəbin musiqi müəllimi Səltənət Rəhimova, ibtidai sinif müəllimi Nərmin Abbasova və təcrübəçi tələbələr iştirak ediblər.

Sonda çıxış edən pedaqoqlar təcrübəçi tələbənin dərsini yüksək qiymətləndiriblər.