TƏHSİL İSTİQAMƏTİ ÜZRƏ HƏFTƏLİK FƏRDİ MƏSLƏHƏT SAATLARİ YENİDƏN DAVAM ETDİRİLƏCƏK

Təhsil istiqamətinin müəyyənləşdirilməsi üzrə məsləhət saatları gələn həftədən etibarən yenidən təşkil olunacaq.

Campus France-ın Azərbaycan Bürosu üzrə məsul şəxs və eyni zamanda Fransa Səfirliyinin universitetlərarası və elmi əməkdaşlıq Ataşesi – FİLİPPO Klemans xanım 26, 27 və 28 may tarixlərində Azərbaycan Fransız İnstitutunda Fransada təhsil ilə bağlı suallarınızı cavablandırmaq üçün Sizi qarşılayacaq.

Qeydiyyatdan keçmək mütləqdir.

Campus France-ın Azərbaycan Bürosunun işçi heyəti azərbaycanlı tələbələrlə əlaqəni saxlamaq və onları Fransada təhsil mövzusunda (təqaüd proqramı, fransız dili kursları, və s.) məlumatlandırmaq istəyir.

Fransada uyğun ixtisas tapmaq üçün aşaıdakı linklərdən istifadə edə bilərsiniz:

Bakalavr üzrə Fransız dilində olan təhsil proqramlarının onlayn kataloqu: http://cataloguelm.campusfrance.org/licence/#/catalog?lang=en%3Flang%3Dfr&siteroot=https:%2F%2Fwww.campusfrance.org%2F

Magistratura üzrə Fransız dilində olan təhsil proqramlarının onlayn kataloqu: http://cataloguelm.campusfrance.org/master/#/catalog

Doktorantura üzrə təhsil proqramlarının onlayn kataloqu:     https://doctorat.campusfrance.org/en/phd/dschools/main

Fransada ingilis dilində olan təhsil proqramlarının onlayn kataloqu (bakalavr və magistratura) : http://taughtie.campusfrance.org/tiesearch/#/catalog

Suallarınız varsa (proqramlar, təqaüdlər, Fransız dili kursları və s.), Campus France-ın Bakı bürosu ilə bakou@campusfrance.org elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.