“TƏLƏBƏ GÜNÜ” MÜNASİBƏTİLƏ KONSERT VERİLMİŞDİR

17 noyabr 2016-cı il tarixdə II tədris binasının iclas zalında YAP Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Tələbə Günü” münasibətilə istedadlı tələbələr rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himnindən sonra  ilk öncə aparıcılar-Filologiya fakültəsinin  III kurs tələbəsi Gülsənəm Zamanova və Tarix-Coğrafiya fakültəsinin II kurs  tələbəsi Sabir Abdürrəhmanov Universitetimizdə tələbələrlə aparılan işlərdən, keçirilən tədbirlərdən, YAP-çı tələbələrin avanqard rolundan və onlar üçün rəhbərlik tərəfindən yaradılan şəraitdən məlumat vermişlər.     Universitetin rektoru professor Yusif Yusibov giriş sözündə Universitetin tələbələrini bayram münasibətilə təbrik edib, ictimai fəaallıqlarına, rəhbərliyə göstərdikləri köməkliyə görə öz təşəkkürünü bildirdi. Yusif müəllim prorektorlarla birgə fəal YAP-çı tələbələri və YAP Gənclər Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Tələbə həftəsi” adlı layihənin qaliblərini fəxri fərmanla mükafatlandırdı. Sonra YAP Gənclər Birliyinin “Tələbə günü”nə həsr olunmuş video çarx nümayiş etdirildi.

Konsert proqramına uyğun olaraq Tarix-Coğrafiya fakültəsinin tələbələrindən Yolçu Mehdiyevin və  Vasif  Paşayevin birgə oxuduqları “Gözlərim gəzir səni”, İqtisadiyat və İdarəetmə fakültəsinin tələbəsi Qurban Seyidlinin gitarada müşayiətilə  Xarici dillər fakültəsinin tələbələrindən Səadət Rəsulovanın,  Əfsanə Rəhimovanın və Səma Əzimovanın “Gün keçdi” adlı milli, Xarici dillər fakültəsinin tələbəsi  Aytac Hacıyevanın xarici mahnısı, Tarix-Coğrafiya fakültəsinin tələbəsi Yolçu Mehdiyevin muğamı, Riyaziyyat müəllimliyi ixtisasının tələbəsi Hekayət Əhmədzadənin söylədiyi “İntiqam alınsın” şeiri, Xarici dillər fakültəsinin tələbəsi Püstə Bağırovanın   Tarix-Coğrafiya fakültəsinin tələbəsi Elgün Əhmədovla birgə milli rəqsi, İqtisadiyyat  və İdarəetmə fakültəsinin tələbəsi Rəşad Mirzəzadənin sazda, İqtisadiyat və İdarəetmə fakültəsinin tələbəsi Müzəffər Qurbanovun kamançada, Pedaqoji fakültənin tələbəsi Məhəmmədəli Məmmədovun nağarada, həmçinin İqtisadiyyat  və idarəetmə fakültəsinin  tələbələrindən Babək Mahmudlunun sazda, Qurban Seyidlinin gitarada birgə ifaları, qonaq kimi dəvət olunmuş “Diablo” və “OneStep” qruplarının musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılandı.