“TƏLƏBƏ HƏFTƏSİ” BAŞLADI

Gəncə Dövlət Universitetinin YAP Gənclər birliyinin “Tələbə həftəsi” adlanan  layihəsinin icrasına başlanıldı. 03 noyabr 2016-cı il tarixdə  Riyaziyyat-informatika fakültəsinin tələbələri arasında  inşa yazı müsabiqəsinə start verildi. 30 nəfər tələbənin iştirak etdiyi bu müsabiqədə  “Heydər Əliyev və çiçəklənən Azərbaycan” mövzusu nəzərdə tutulmuşdur.

Müsabiqənin gedişinə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent  Gülsüm Fətəliyeva, GDU YAP Gənclər birliyinin sədri Elmir Bağırov, Riyaziyyat-informatika fakültəsinin tədris işləri üzrə dekan müavini Rauf Məmmədov, tərbiyə işləri üzrə dekan müavini Aynur Əhmədova nəzarət edirdi.