“TƏLƏBƏ HƏFTƏSİ” LAYİHƏSİ ÜZRƏ FİNAL BİLİK YARIŞI

Gəncə Dövlət Universitetinin YAP Gənclər Birliyi tələbələrin ictimai fəallığını, dünyagörüşlərini, məlumatlarını  artırmaq məqsədi ilə noyabrın 11-17-nə kimi “Tələbə həftəsi” elan etmişdir. Noyabrın 11-də layihə çərçivəsində “Breyn-rinq” – fakültələrarası final bilik yarışı keçirilmişdir.

Yarışın gedişatında Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva,YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə, GDU YAP ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, GDU YAP Gənclər Birliyinin sədri Elmir Bağırov iştirak etmiş, final yarışından öncə çıxış edərək, Universitetdə gənclərin hərtərəfli inkişafına, onların yeni biliklər əldə etməsinə geniş imkanlar yaradıldığını bildirmiş və iddiaçıların  hər birinə uğurlar arzulamışlar.

Final yarışı istənilən səviyyədə yekunlaşmış, qaliblər noyabrın 17-də fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.