TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİN ORTA MƏKTƏBLƏRDƏ SINAQ VƏ AÇIQ DƏRSLƏRİ

Gəncə Dövlət Universitetinin müəllimlik ixtisaslarının əksər IY kurs tələbələri yekun pedaqoji təcrübəyə cəlb olunmuşlar. Onlar qabaqcıl müəllimlərin dərslərində oturur, nəzəri biliklərini daha da zənginləşdirir, texniki vasitələrdən ustalıqla istifadə etməyin sirlərini öyrənir, qazandıqlar  bilikləri  təcrübi olaraq açıq dərslərdə nümayiş etdirirlər.

Texnologiya müəllimliyi ixtisasının IY kurs tələbələrindən  Maral Səyyadlının  Puşkin adına 9 saylı tam orta məktəbin 5-ci sinfində texnologiya fənnindən “Oduncağın emalı üçün iş yeri və alətlər” (təcrübə rəhbəri Saidə Tağıyeva), həmin məktəbin Məleykə Hüsüyevanın 6-cı sinifində “Qapı kilidlərinin hazırlanma texnologiyası” (təcrübə rəhbəri Saidə Tağıyeva), Təsviri incəsənət  müəllimliyi ixtisasının IY kurs tələbələrindən Xəyalə Axundovanın Puskin adına 9 saylı tam orta məktəbin 3-cü sinfində Təsviri incəsənət fənnindən “Təbiətdə kontrast  rənglər”  (təcrübə rəhbəri Aybəniz Məmmədova), Könül Abbasovanın Vüqar Veysəlov adına 30 saylı tam orta məktəbin 8-ci sinfində “Jan Ogüst Dominik Enqr: xətti incəsənət”( təcrübə rəhbəri Raziyə Allahverdiyeva) , Pakizə Muradlının həmin məktəbin 6-cı sinfində “Çap qrafikasının növləri” təcrübə rəhbəri Raziyə Allahverdiyeva), Tarix-coörafiya müəllimliyi ixtisasının IY kurs tələbəsi Günay Muxtarovanın Vüqar Veysəlov adına 30 saylı tam orta məktəbin 9-cu sinfində coğrafiya fənnindən “Şimali Amerikanın  relyefi” (təcrübə rəhbəri Təvəkkül Sadıqov və Seymur Xəlilov), Tarix müəllimliyi ixtisasının IY kurs tələbəsi Türkan Mamedovanın  Azərbaycan tarixi fənnindən “Bakının dünyanın neft mərkəzinə çevrilməsi” (təcrübə rəhbəri Sevda Məmmədova və Lamiyə Süleymanova), Coğrafiya müəllimliyi ixtisasının IY kurs tələbəsi İsmət Cəfərovun Nizami Gəncəvi adına 11  saylı tam orta məktəbin IX sinfində coğrafiya fənnindən “Avstraliyanın relyefi”  (təcrübə rəhbəri Ulduz Əliyeva), Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IY kurs tələbələrindən Şəlalə Camalovanın Puşkin adına 9 saylı tam orta məktəbin 5-ci sinfində Ədəbiyyat  fənnindən “G.Hüseynoğlu.”Müəllimin arzusu” hekayəsi” (təcrübə rəhbəri Könül Məmmədova), Günay Muradzadənin Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin 11-ci sinfində “M.Ə.Sabirin “Səttərxan” şeirinin məzmun və təhlili” mövzusundakı açıq dərsləri onların tələb olunan müəyyən səviyyəyə çatmalarından  xəbər verir.

M.C.Paşayev adına 39 saylı tam orta məktəblə Universitetin imzaladığı əməkdaşlıq uğurla davam etdirilir. Alimlərimiz, mütəxəssislərimiz tez-tez şagirdlərlə görüşür, onlarla ünsiyyət yaradır, öz biliklərini əsirgəmirlər. Bu baxımdan Təsviri incəsənət kafedrasının baş müəllimi, rəssam Əbülfət Məhərrəmovun 7-ci sinifdə “Monumental rəngkarlıq” mövzusundakı açıq dərsi də şagirdlərin rəğbətini qazanmışdır.

Açıq dərslərdə Universitetin Təcrübə və karyera şöbəsinin  müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri dosent Cabbar Qarayev, Təsviri incəsənət kafedrasının əməkdaşları, təcrübə rəhbərləri, fənn müəllimləri, orta məktəblərin məsul şəxsləri, təcrübəçi tələbələr  iştirak etmişlər. Hər bir dərsin ayrı-ayrılıqda geniş müzakirəsi keçirilmiş, tələbələrin açıq dərsləri yüksək səviyyədə demələri üçün tövsiyyələr edilmişdir. Onlar da öz növbələrində   gələcəyin yaxşı mütəxəssisləri kimi formalaşmalarına səy göstərir, dərslərə məsuliyyətlə yanaşır, vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.