TƏLƏBƏ VƏ ŞAGİRDLƏR EKSKURSİYADA

01 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri və bir qrup universitet tələbələri Nizami Gəncəvi muzeyində və məqbərəsində ekskursiyada olmuşlar.

Böyük maraq yaratmış ekskursiyada şagird və tələbələr Azərbaycan xalqının XII əsrdə yaşamış  böyük mütəfəkkiri, dahi şairinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar haqqında məlumat almış, tarixi mədəni irsimiz haqqında biliklərini zənginləşdirmişlər.

Tələbə və məktəblilər arasında əlaqələrin genişləndirilməsinə xidmət edən bu kimi  tədbirlər mütamadi olaraq təşkil olunacaqdır.