TƏLƏBƏ  VƏ  ŞAGİRDLƏRİN  NÖVBƏTİ  EKSKURSİYASI

“Vəzifəsindən  asılı olmayaraq hər bir vətəndaş  öz xalqının tarixini bilmələdir. Bu, hər şeydən əvvəl onun vətəndaşlıq borcudur.” Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının devizi belədir.

Tariximizi daha dərindən öyrənmək məqsədilə universitet tələbələrinin və Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdlərinin növbəti ekskursiyaları Gəncə şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə olmuşdur.

Tələbə və şagirdlər muzeydə Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər tarixi keçmişini  əks etdirən arxeoloji nümunələr, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik eksponatlarla tanış olmuş, tariximizin qədimliyi barədə məlumatlarla öz biliklərini zənginləşdirmişlər.

Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya şagird və tələbələrdə gözəl təəssürat yaratmışdır.