TƏLƏBƏLƏR EKSKURSİYADA


15 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə universitetin fəal tələbələri Nizami məqbərəsində və Nizami muzeyində ekskursiyada olmuşlar. Ətrafında böyük abadlıq işləri görülmüş Nizami məqbərəsi, dahi Nizaminin  qəbrini ziyarət tələbələrdə xoş təəsürat yaratdı.
Nizami muzeyində toplanılmış eksponatlar, ölməz şair haqqında əyani vasitələr tələbələrin məlumatlarını daha da genişləndirdi. Onlar xalqımızı, Gəncəmizi dünyada tanıdan  Nizami dünyasından iftixar hissi ilə ayrıldılar.