TƏLƏBƏLƏR  MƏLUMATLANDIRILDI

 

24 may 2016 -cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında  “15 may -QİÇS-dən  vəfat edənlərin anım günü” ilə əlaqədar  Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın rəhbərliyi ilə Səhiyyə Nazirliyinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Cavid Cahangirlinin, Gəncə Regional Şöbəsinin laboratoriya müdiri Afaq Əsədovanın tələbələrlə görüşü olmuşdur.

Tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Cavid Cahangirli bildirib ki, İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxması haqqında məlumat ilk dəfə 1981-ci ilin iyunun 5-də ABŞ-da 5 gənc barəsində verilib. 1988-ci ildə isə 1 dekabr BMT tərəfindən Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edilib

Cavid Cahangirli  QİÇS pandemiyasının hələ də dünya səhiyyəsinin ən ciddi problemlərindən biri olduğunu söyləyib. O, vurğulayıb ki, İİV-İnsanların İmmunçatışmazlıq Virusudur: “İİV insanın müxtəlif infeksiyalardan qoruyan immun sistemini zəiflədir və immun sisteminin müəyyən hüceyrələrini zədələyir. QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İnsanda immun sistemi zəiflədiyi halda isə insan müxtəlif xəstəliklər, xüsusilə də infeksion xəstəliklər qarşısında aciz qalır. Ölkəmizdə bu xəstəliklə mübarizə sahəsində tibbi, sosial yönümlü işlər həyata keçirilir. İİV-yə yoluxmuş insanda immunitet müəyyən səviyyəyədək azalarsa və ya onda bir və ya bir neçə opportunistik xəstəliklər aşkar olunarsa, ona QİÇS diaqnozu qoyulur”.

Məlumat verildi ki, hazırda dünyada 71  milyondan çox insan İİV-yə yoluxub və ya QİÇS-lə xəstələnmiş insan yaşayır. QİÇS-dən 39 milyon insan dünyasını dəyişib. Azərbaycanda 5000-dən artıq İİV infeksiya ilə yaşayan insan var. 2006-cı ildən müalicə üsulu tapılıb. “İİV qan, sperma, vaginal mayesi,  ana südü, steril edilməmiş iynə və ya şprislər, təkrarən istifadə olunmuş ləvazimatlar, cinsi əlaqə, üzərində qan qalıqları qalmış üzqırxan alətləri, diş fırçaları, manikür alətləri vasitəsilə keçir.  Hava-damcı yolu ilə də bu xəstəliyə yoluxma mümkündür.

Tədbirin sonunda Cavid Cahangirli tələbələri maraqlandıran sualları cavablandırıb.