TƏLƏBƏLƏR NİZAMİ MUZEYİNDƏ

Sentyabrın 22-də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin İqtisadiyyat və idarəetmə və Filologiya fakültəsinin I kurs tələbələrinin Nizami Gəncəvi Muzeyinə və məqbərəsinə ekskursiyası təşkil olunmuşdur.

Məqbərəyə qədər və məqbərə ətrafında böyük zövqlə aparılmış abadlıq işlərinin, eləcə də məqbərə və muzeyin yaratdığı təəssürat qeyri-adi olmuşdur. Tələbələr Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən eksponatlarla yaxından tanış olmuş və dahi şair haqqında xeyli məlumat əldə etmişlər.