TƏLƏBƏLƏR ÖZ PEŞƏLƏRİNƏ YİYƏLƏNİRLƏR

Gəncə Dövlət Universitetində  müəllimlik ixtisasları üzrə təhsil alan tələbələrin pedaqoji təcrübələrinin yekunlaşmağına az qalıb. Keçən müddət ərzində təcrübəyə davamiyyət, müəllimlik peşəsinə yiyələnmək həvəsi, dərslərin təşkili, tələbələrin dəfələrlə özlərini sınamaları onlara xeyli uğur gətirmişdir. Hər bir məktəbdə pedaqoji təcrübədə olan tələbələrin sərbəst surətdə dərs keçmələri, dərslərin kollektiv şəkildə təhlil olunması artıq bir ənənəyə çevrilmişdir.

Tarix-coğrafiya fakültəsinin tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Nuranə Qasımovanın 23 saylı tam orta məktəbin 8-ci sinfində “Qarabağ xanlığı” mövzusunda,  Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Aytən Xasaylının M. Hadi adına 10 saylı tam orta məktəbin  6-cı sinfində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş açıq dərsi pedaqoji təcrübənin lazımi səviyyədə təşkilindən xəbər verir.