TƏLƏBƏLƏR PEDAQOJİ TƏCRÜBƏDƏDİRLƏR

Gəncə Dövlət Universitetinin tələbələri pedaqoji təcrübədədirlər.Onlar təhsil müddətində aldıqları bilikləri nümayiş etdirir, müəllimlik peşəsinə praktik surətdə yiyələnirlər.Hər bir tələbə bu məsələyə məsuliyyətlə yanaşdığından onların uğurları da sevindiricidir. Deyilən açıq dərslər gələcək mütəxəssislərin peşəkarlıqlarına böyük ümid verir.

Universitetinin baza məktəbi olan Mir CəlalPaşayevadına 39 saylı tam ortaməktəbdə Pedaqoji fakültəsinin İbtidai sinif müəllimi ixtisasının IV kurs tələbələrinin Azərbaycan dili fənnindən açıq dərsləri keçirildi. Tələbələr Aydan Bayramlının “İstetdadlı şagird” və Mələkxanım Eyyubovanın “ İpək qurdu” adlı açıq dərslərində Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent CabbarQarayev, Azərbaycan dili tədrisi kafedrasının müdiri dosent Gülrux Hüseynova, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dosent Allahverdi Quliyev, kabinə müdiri Vəfa Məmmədova,sinif rəhbərləri və məktəbdə təcrübə keçən İbtidai sinif müəllimi ixtisasının tələbələri iştirak etdilər. Hər iki açıq dərs iştirakçılarda müsbət rəy yaratdı.

Cəfər Cabbarlı adına 6 saylı  tam orta məktəbdə Universitetin Tarix – coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimi ixtisasının IV kurstələbəsi Elvin Şərifovun Azərbaycan tarixi fənnindən “XVIII əsr Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərsi də keçirilmişdir. Açıq dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşı Misir Fərhadov,təcrübə rəhbəri baş müəllim AsimMahmudov, məktəbin fənn müəllimi Günay Abdullayeva və məktəbdə təcrübə keçən Tarix və coğrafiya müəllimi ixtisasının tələbələri iştirak etmişlər.Müzakirədə iştirak edənlərin ümumi fikrinə əsasən Elvin    Şərifovun açıq dərsi nümunəvi dərslərdən biri kimi qənaətbəxş qiymətləndirildi.

Növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün tələbələrə elmi və metodiki tövsiyyələr verildi.