Tələbələr üçün seminar: “Beyin idarəsi və insan davranışı”

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi münasibətilə təhsil ocağında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Beyin idarəsi və insan Davranışı” mövzusunda seminar keçirilib.  Orxan Şahbazın moderatorluğu və 200 gəncin iştirakı ilə təşkil olunmuş seminarda Beyin həyatımıza yoxsa həyat beynimizə təsir göstərir? Mentalitet nədir? Toplumda hansı davranış qaydaları var? Beyin hissələri davranışımıza necə təsir göstərir? Mədəniyyət nədir? Toplumda olan biliksizliyin səbəbi nədir? Beynimiz hansı şəkildə çalışır və onu necə gücləndirmək olar? Mövzusunda maraqlı təqdimatlar olub.