TƏLƏBƏLƏRİMİZ SABAH QRUPLARINA QƏBUL İMTAHANINDA İŞTİRAK ETDİLƏR

IMG_0488
Məlumdur ki, Respublikamızda SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 34 ixtisas üzrə 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 755 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdirirlər.
SABAH qrupları  ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.
2015/16-cı tədris ilində SABAH qruplarına qəbul üçün 12 aprel 2015-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində imtahan keçirilmişdir. İmtahanda respublikanın müxtəlif ali təhsil müəssisələrindən 2000 nəfərə yaxın tələbə iştirak etmişdir. Bu imtahanda Gəncə Dövlət Universitetindən ayrı-ayrı ixtisaslar üzrə, o cümlədən fizika müəllimliyi-20, iqtisadiyyat-5, menecment-5, biznesin idarə edilməsi-2, mühasibat uçotu və audit -1, tarix müəllimliyi -3, Azərbaycan dili və ədəbiyyat müəllimliyi -23, filologiya -5, tərcümə -4, ingilis dili –10, riyaziyyat və informatika müəllimliyi-4, riyaziyyat və informatika müəllimliyi (rus) -5, kompyüter elmləri – 6, riyaziyyat müəllimliyi -6, psixologiya -3, ibtidai sinif müəllimliyi -3 nəfər olmaqla cəmi 110 tələbə iştirak etmişdir.