Tələbələrin konsert proqramı

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi və Gəncə şəhərində fəaliyyət göstərən Aura Park alış-veriş və əyləncə mərkəzinin təşəbbüsü ilə “Yay konserti” adlı açıq havada konsert proqramı keçirildi. Tarix-coğrafiya fakültəsinin tələbəsi Danulduz Həsənova ifa etdiyi xarici musiqilər, gənclər və şəhər sakinləri tərəfindən alqışlarla qarşılandı.

Daha sonra “Modern” qrupunun ifa etdikləri mahnılar böyük maraqla dinlənildi. Konsert proqramının daha da maraqlı olması üçün təşkil olunan müsabiqələrdə qalib gələn gənclərin mükafatlandırılması tədbiri daha da maraqlı etdi. Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov çıxış edərək gənclərin  asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitə görə Gəncə Dövlət Universitetinin rektoru prof.Yusif Yusibova və Aura Park alış-veriş və əyləncə mərkəzinin rəhbərliyinə tələbələr adından  təşəkkürünü bildirdi.

Konsert proqramına öz töhfəsini verən “Akustik”qrupun ifa etdiyi mahnılar gənclər və şəhər sakinləri tərəfindən böyük maraqla dinlənildi.Konsert proqramının yekununda atəşfəşanlıq keçirildi.