TƏLƏBƏLƏRİN KONSERTİ


Bu günlərdə Gəncə Dövlət Universitetinin tələbələri Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Cəfər Cabbarlı adına Dövlət Dram teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konsert proqramı ilə çıxış etmişdilər.
Konsert proqramı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov qeyd etdi ki, biz Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində xoşbəxt gəncliyə qədəm qoymuşuq. Biz bu qayğı və diqqətin qarşılığı olaraq dövlətimizin parlaq gələcəyi naminə, vətənimizin inkişafı üçün layiqli gənclər kimi yetişməyi ən ümdə məqsədə çevirmişik. Hər zaman biz tələbələrə dayaq, dəstək olan rektor professor Yusif Yusibova, humanitar məsələlər üzrə prorektor Asif Cavadova və bütün müəllim heyətinə tələbələr adından minnətdarlığımızı bildiririk.
Söz tələbələrə verildi. Anar Orucov, Təhmuraz Həsənov, Əminə Bayramova, Ramin Bəhrəmli və Tural Orucov KVN səhnəciyi ilə çıxış etdilər.
Gitarada Biologiya-kimya fakültəsinin tələbəsi Abdulla Mədinov, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Qurban Seyidli və Xarici dillər fakültəsinin tələbəsi Anar Hüseynov “Payız gəldi” musiqisini ifa etdilər. Filalogiya fakültəsinin tələbəsi Aygün Hüseynova və Kimya-biologiya fakültəsinin tələbəsi Abdulla Mədinov “Baxtımın taxtı yarım” mahnısını gitarda ifa etdilər.
İqtisadiyyat və idarəetmə fakültəsinin “Biznes brothers” qrupu – Elçin Mustafazadə, Nicat Poladov, İlkin Məmmədov, Tural Səmədli, Mahir Rzayev və Cavid Cavadovun “Tanışlıq”,”Hərbi çağırış” səhnəcikləri, Rəşad Mirzəzadənin sazda gözəl ifası, Riyaziyyat-informatika fakültəsinin tələbələri Şəhla Tağıyeva və Vüsal Vəliyevin “Uzundərə” rəqsi ilə çıxış etdilər. Şahin İslam və Şahzadə Qəhrəmanlının şeir ifa etmələri, Xarici dillər fakültəsinin tələbəsi Şövkət Orucova, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Elçin Mustafazadə və Tural Səmədlinin ifasında isə ritm çıxışları, Pedaqoji fakültənin IV kurs tələbəsi Yusif Məmmədovun “Xalq Heydər deyəcək” mahnısı tamaşaçıların alqışlarına səbəb oldu.