Tələbələrin Liderlik Yaz məktəbinin ikinci günü maraqlı təlimlərlə yaddaqalan olub

“Gəncə Dövlət Universiteti tələbələrinin ikinci könüllülük yaz liderlik məktəbi” çərçivəsində təşkil olunan təlimlərin ikinci günü də maraqlı mövzularla davam edib.

Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan təlimlər şəhər Gənclər Evində keçirilib.

Layihənin ikinci günündə Bakı şəhərindən dəvət olunmuş təlimçi Tofiq Sadıxovun rəhbərliyi ilə “Natiqlik” mövzusuna həsr olunan təlimlər tələbələrdə böyük mayaq yaradıb.

Sonra mövzu ətrafında maraqlı müzakirələr aparılıb, komanda oyunları keçirilib.

Təlimlərdə ümumilikdə universitetin 40 nəfər tələbə-gənci iştirak edib.