TƏLƏBƏLƏRİN NÖVBƏTİ QƏLƏBƏSİ

”Çağırış kuboku”nun region üzrə seçim turu keçirilib .

Seçimdə Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakultəsinin tələbələrindən ibarət ”FeLiNa” komandası 1-ci , ADAU-nin ”Elprimero” komandası 2-ci olaraq Bakı finalına vəsiqə qazanıb .

”Dubai İnternational” otelində 2 turdan ibarət final mərhələsi keçirilib . 1-ci mərhələdə 60 komanda iştirak edib və 2ci tura ən yaxşı nəticə qazanmış 40 komanda vəsiqə qazanıb.

Final mərhələsində GDU-nin ”FeLiNa” komandası 2-ci yerə layiq görülüb.

Xatırladaq ki, ötən “Çağırış kuboku”nun qalibi də GDU-nin “Rekviem” – indiki ”FeLiNa” komandası olub.