“Tələbələrin onlayn təhsildə iştirakı” adlı tədqiqat seminarı keçirildi

2021-ci il martın 15-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə növbəti virtual tədqiqat seminarı keçirilmişdir. Seminarın bu dəfəki qonağı Qazi Universiteti (Türkiyə) Təhsil fakültəsinin əməkdaşı Prof. Dr. Salih Şahin olmuşdur və spiker “Tələbələrin onlayn təhsildə iştirakı” mövzusunda çox maraqlı bir təqdimatla çıxış etmişdir.

Prof. Dr. Salih Şahin təqdimatında istər üz-üzə və istərsə də onlayn təhsildə tələbələrin fəal iştirakının vacib olduğunu vurğulamış, müəllimlərin bunu təmin etmək üçün hər zaman yeni metod və üsullardan istifadə etməsinin vacibliyini göstərmişdir. Prof. Dr. Salih Şahin söyləmişdir ki, tələbələrin onlayn təhsil zamanı kifayət qədər fəal olmadığını nəzərə alsaq, müəllimlər tədris prosesinin planlaşdırılmasında daha çox səy göstərməlidirlər.

Seminar interkativ şəraitdə keçmiş və iştirakçıların böyük marağına səbəb olmuşdur. Gəncə Dövlət Universitetindən İnnovasiyalar departamentinin əməkdaşları aktiv iştirak ediblər. Sonda Prof. Dr. Salih Şahin iştirakçıların suallarını cavablandırmışdır.