TƏLƏBƏMİZ QALİB ÇIXDI

08 dekabr 2016-cı ildə Gəncə Dövlət Universitetinin Elmi Şurasının iclasında  Universitetin Bədən tərbiyəsi və idman ixtisasının II kurs tələbəsi Heydərov Arzu Heydər oğlunu  Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Dünya kuboku uğrunda qazandığı qələbəyə görə təbrik edib, ona fəxri fərman və pul mükafatı təqdim etdi.

Heydərov Arzu Heydər oğlu təhsil almaqla bərabər, idmanın karate-do növü üzrə də məşğul olur. O, neçə illərdir ki, Beynəlxalq yarışlarda, turnirlərdə qələbə əldə etmiş, indi də Universitetimizin idman şərəfini ucaltmaqdadır.

Arzu Heydərov 2012-ci ildə qardaş Türkiyənin Trabzon şəhərində keçirilən Dünya kuboku uğrunda döyüşərək I yerə, 2013-cü ildə İstanbul şəhərində keçirilən Dünya birinciliyində  III yerə, 2014-cü ildə Bursa şəhərində Avropa çempionatında I yerə sahib olmuş, qızıl medalla Vətənə qayıtmışdır.

13 noyabr 2016-cı il də tələbə idmançımız üçün sevindirici olmuşdur. O, Batumi şəhərində keçirilən Dünya kuboku uğrunda döyüşdə ciddi zədə almasına baxmayaraq II yerə yiyələnmişdir.