TƏLƏBƏNİN AÇIQ DƏRSİ

?

         09 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə  II kurs tələbəsi Təhminə  Rzayevanın Filologiya fakültəsinin Azərbaycan dili və  ədəbiyyat müəllimliyi ixtisasının  I kursunda ədəbiyyat fənnindən “Xaqani Şirvaninin həyat və yaradıcılığı”na  həsr olunmuş açıq dərsi keçirilmişdir.

         Açıq dərsdə rəhbər müəllim professor Xəlil Yusifli, Təcrübə və karyera şöbəsinin əməkdaşları, magistraturanın həmin ixtisas üzrə II kurs tələbələri iştirak etmişlər.

Təhminə  Rzayevanın açıq dərsi iştirakçılarda müsbət rəy yaratmış və eyni zamanda növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün elmi və metodiki tövsiyyələr edilmişdir.