TƏLƏBƏNİN AÇIQ DƏRSİ

Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin İbtidai sinif müəllimliyi ixtisası üzrə  II kurs tələbəsi Simuzər Hacıyevanın Xarici dillər fakültəsinin Xarici dil (ingilis) ixtisasının III kursunda Təhsilin əsasları fənnindən “Təlimin strategiyaları”  mövzusuna  həsr olunmuş açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşı Lamiyə Süleymanova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Mehdi Rəhimov və magistraturanın həmin ixtisas üzrə II kurs tələbələri  iştirak etmişlər.

Simuzər Hacıyevanın açıq dərsi iştirakçılarda müsbət rəy yaratmış və eyni zamanda növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün elmi və metodiki tövsiyyələr edilmişdir.