“Tələbənin müvəffəqiyyəti nədədir” adlı seminar keçirildi.

Noyabrın 26 -da Gəncə Dövlət Universitetində  Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Tələbənin müvəffəqiyyəti nədədir” adlı seminar keçirildi. Mövzu ətrafında maraqlı müzakirələr aparıldı. Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov Gəncə Regional Psixologiya Mərkəzinin əməkdaşı Günel Paşayevaya keçdiyi maraqlı seminar üçün təşkilat adından təşəkkür bildirdi.