TƏLİM KEÇİRİLMİŞDİR


Gəncə  Dövlət Universitetinin akt zalında  Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının və Gəncə  Dövlət Universiteti ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə gənclərin karyera seçiminə kömək məqsədilə maarifləndirmə ilə bağlı təlim keçirilmişdir. Təlimdə layihələrin işlənib hazırlanması, karyera seçimi və s. bu kimi söhbətlər aparılmış, Gənclərin maarifləndirilməsinə kömək ictimai birliyinin sədri  İlkin Abdiyev və Gəncə  Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə tələbələri maraqlandıran suallara cavab vermişlər.
Maraqlı keçən bu təlimdə YAP Gəncə şəhər təşkilatının gənclər  birliyinin sədri Fərid Dünyamalıyev iştirak etmişdir.