TƏMİR İŞLƏRİ BAŞLAMIŞDIR

Gəncə Dövlət Universitetində yeni tədris ilinə hazırlıq məqsədi ilə ayrı-ayrı tədris binalarında lazımi təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə artıq II tədris binasında təmir işləri başlamışdır. Dörd mərtəbəli binanın birinci, ikinci və üçüncü mərtəbələrində yerləşən sanuzellər əsaslı təmir ediləcək, kanalizasiya sistemi tamamilə dəyişdirilib, lazımı avadanlıqlar quraşdırılacaqdır.

Binanın arxa tərəfində, Musiqi fənnləri kafedrasının qarşısındakı sahədə də abadlıq işləri aparılır. Paralel olaraq Ümumi riyaziyyat kafedrasında da həm təmir işləri aparılır, həm də yeni avadanlıqlarla təmin edilməsi yaxın günlərdə başa çatdırılacaqdır.

III tədris binasının hər iki mərtəbəsindəki sanuzellərin də  yenidən qurulması üçün əsaslı təmirinə başlanılmışdır. Bu gündən etibarən IY tədris binasının hər iki mərtəbəsində əsaslı təmir məqsədilə ciddi işlər görülməkdədir. Yeni tədris ilinə qədər binanın tam hazır vəziyyətdə tələbələrin və müəllimlərin istifadəsinə veriləcəyi nəzərdə tutulmuşdur.