TEXNOLOGİYA GÜNDƏLİYİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların seminar və təlimlərdə fəal iştirakını təmin etmək üçün  müxtəlif mövzulu görüşlər təşkil edir. 07 dekabr 2016-cı il tarixdə Gəncə şəhərində yerləşən Aura park əyləncə və istirahət mərkəzində növbəti seminar təşkil olunmuşdur. Təlimi SKY Technology şirkətinin direktoru ve Forensics elmləri üzrə mütəxəssis Tural Sadıqlı keçmişdir.

Təlimdə İnternet və onun əsaslarından, sosial şəbəklərdən bəhs edilmiş, kiber və fərdi informasiya müharibələri, “Azərbaycanın maraqları internet və sosial şəbəkələrdə necə aparılmalıdır?” kimi suallara təlimçi tərəfindən geniş məlumat verilmişdir. Bununla yanaşı təlimçi tələbələrin kiber müharibələrdə istifadə olunan viruslardan necə qorunmaq olar və s. bu kimi suallarını da cavablandırmışdır.

Seminarda ilk dəfə olaraq kompüter cinayətkarlığında analiz işlərinin necə aparılması haqqında bəhs olunmuş və belə işlərdə ölkələrdə istifadə olunan mexanizmlərdən bəhs edilmişdir.Təlimin gedişatında iştirakçılara step danışıq oyunları və Spot reklam canlandırılması oyunu təşkil olunmuş, onlara sertifikat verilmişdir.

Təlimin sonunda gənclərin həm əylənmələri, həm də istirahət etmələri məqsədilə əyləncəli parti təşkil olunmuşdur.