“Tyutor hazırlığı təlimi” kursunun yekununa həsr edilmiş yığıncaq keçirilmişdir


Gəncə Dövlət Universitetində  “Tyutor hazırlığı təlimi” kursunun yekununa həsr edilmiş yığıncaq keçirilmişdir. Azərbaycan Texnologiya Universitetinin rektoruprofessor Akif Süleymanovun, Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi işlər üzrə prorektoru dosent Nizami Seyidəliyevin,Gəncə Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalovun dəvət olunduğu yığıncağı Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov açaraq qeyd etdi ki, Azərbaycanın Qərb regionunda fəaliyyət göstərən və Baloniya təhsil sisteminə qoşulmuş ali təhsil müəssisələrində  tyutorlara ciddi ehtiyac var. Tyutor qismində həm müəllimlərdən, həm də magistr təhsili olan kadrlardan istifadə olunurdu ki, onlar da bu sahədə təcrübələri olmadığından iş prosesində gözlənilən effekt alınmırdı. Təhsil Nazirliyinin tövsiyyəsinə uyğun olaraq Gəncə Dövlət Universitetində  07 yanvar  2015-ci il tarixdən etibarən  tyutor hazırlığı təlimi məqsədilə iki aylıq kurs fəaliyyətə başladı. Gəncə Dövlət Universitetindən 27, Azərbaycan Dövlət Aqrar Universitetindən 24, Azərbaycan Texnologiya Universitetindən 11, Gəncə Humanitar Kollecindən 2 nəfərin qatıldığı bu kursda təlimin yüksək səviyyədə aparılması üçün Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Təranə Musayeva dəvət olunmuşdur.

Tyutor hazırlığı təlim proqramı başa çatdıqdan  sonra burada təlim keçən dinləyicilərə  sertifkatların  verilməsi nəzərdə tutulmuşdur. Bu sertifkatlar əsasən 3 formada – I dərəcəli  sertifqat “Bilik, bacarıq və səriştəsi ilə fərqlənənlərə”, II dərəcəli sertifkat “Biliyi və fəal iştirakına görə fərqlənənlər”ə, III dərəcəli sertifkat isə “İştirakına görə” nəzərdə tutulmuşdur.

Artıq kurs uğurla başa çatdırılmış, iştirakçıların biliyi obyektiv olaraq test üsulu ilə qiymətləndirilmiş, dinləyicilərin təlim prosesini mənimsədikləri dərəcələr üzrə müəyyənləşdirilmişdir.

Professor Yusif Yusibov ayrı-ayrı təhsil ocaqlarından  təlimin dinləyicisi olan və yüksək dərəcəyə layiq görülənləri təbrik edib, onlara bu sahədə uğurlar qazanmalarını arzuladı.