Ümumtəhsil məktəblərində təcrübəçi tələbələrin sınaq dərsi keçirilib

Gəncə şəhəri İsmət Qayibov adına 1 saylı pilot məktəbindəTarix-coğrafiya müəllimliyi ixtisının 5-ci kurs tələbəsi Əfruz Nəbiyevanın 6-cı sinif şagirdlərinə “Yunan şəhər dövlətlərinin tənəzzülü və Makedoniyalı İsgəndər” mövzusunda sınaq dərsi keçirilib.

Dərsdə Yunanıstanın təbii-coğrafi şəraiti, ən qədim şəhər dövlətləri, yunan şəhərləri arasındakı müaharibələr, Makedoniya çarlığı, II Filippin işğalları, eləcə də Makedoniyalı İsgəndərin imperiyası, onun Yaxın Şərqə, Mərkəzi Asiyaya və Hindistana yürüşləri haqqında ətraflı məlumat verilib.  

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Nərgiz Rəsulova, məktəbin fənn müəllimi Şəhla Paşayeva və təcrübəçi tələbələr iştirak ediblər.

Sonda ixtisasçı mütəxəssislər və pedaqoqlar dərsi təhlili edərək qiymətləndiriblər.

X X X

 

Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı pilot-məktəbdə 6 sinif şagirdləri üçün Musiqi müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Şüküfə Əmiraslanovanın “Vals Avropa və Azərbaycan musiqisində” adlı mövzuda sınaq dərsi keçirilib.

Şagirdlərə məlumat verilib ki, vals XIX əsrin axırı – XX əsrin əvvəllərində yaranmış kütləvi hal rəqsdir. Bu janr kökünü Avstriya kəndlilərinin rəqsi kimi tanınan “Lendler”dən götürüb. Bu rəqs daha çox ağır və çətin tempə malik olur.

Yohan Ştrausun yaratdığı vals Avropdan bütün ölkələrə, o cümlədən Azərbaycana yayılır. Qara Qarayevin “Yeddi gözəl” baletindəki vals, bəstəkar Telman Hacıyevin Nəbi Xəzrinin sözlərinə bəslədiyi “Abşeron” mahnısı öz rənarəngliyi ilə musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Musiqi fənləri kafedrasının əməkdaşları Mehriban Hacıyeva, Gültəkin Məhərrəmova, orta məktəbin musiqi müəllimi Samirə Cəfərova və təcrübəçi tələbələr iştirak ediblər.

Sonda açıq dərs ixtisasçı müəllimlər və pedaqoqlar tərəfindən təhlil edilərək qiymətləndirilib.