UNİVERSİTET ƏMƏKDAŞININ UĞURU

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması” adlı Tvinninq layihəsinə qoşulmuşdur. Təhsil Nazirliyinin təşkilatçılığı ilə Finlandiya və Estoniya Respublikalarında “Bolonya prosesi və keyfiyyət təminatı üzrə Avropa standartları və təlimatları” üzrə  seminar 5-11 iyun 2016-cı il tarixlərində təşkil olundu.

Seminarlarda Finlandiya və Estoniya Respublikalarının Keyfiyyəti Təminat Agentliklərinin dəstəyi ilə Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi, müxtəlif ali təhsil müəssisələrinin rəhbər işçiləri və bu sahə üzrə çalışan mütəxəssislər öz təcrübələrini bölüşdülər. Seminarın əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması nöqteyi-nəzərindən  adıgedən ölkələrin təcrübəsindən yararlanmaq və bu təcrübəni  ali təhsil sisteminə tətbiq etməkdir.

Təhsil Nazirliyi tərəfindən seçilən Boloniya ekspertlər qrupunun layihəsinə əsasən növbəti tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad, Azərbaycan Pedaqoji və Azərbaycan Texniki Universitetlərində keyfiyyəti təminat üzrə “Pilot” layihə baş tutacaqdır. Pilot layihənin nəticəsində aparılacaq monitoring nəticəsində həmin ali təhsil müəssisələri beynəlxalq akkreditasiyadan keçəcəkdir.

Tvinning layihəsində Gəncə Dövlət Universitetinin əməkdaşı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Boloniya ekspertləri qrupu”na üzv seçilməsi və fəal iştirakı Universitet üçün müsbət haldır.