UNİVERSİTET HEYƏTİ GƏNCƏ ŞƏHƏRİNDƏ İLK DƏFƏ KEÇİRİLƏN VELOYÜRÜŞDƏ İŞTİRAK EDİB

“Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə Dövlət Universiteti də iştirak edib.

Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Dörd kilometrlik veloyürüş  Gəncə şəhəri Dəmir yolu Vağzalının qarşısından start götürüb və Gəncə Şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.

Xatırladaq ki, Gəncə, eyni zamanda, 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. MDB ölkələri arasında bu titulu ilk dəfə Gəncə şəhəri qazanıb.