Universitet müəllimlərinin yeni təlim və tədris vasitələrinə əsaslanan dərsləri məktəblərdə yüksək qiymətləndirilir

 

Gəncə Dövlət Universitetinin baza təhsil müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə universitetin Azərbaycan tarixi kafedrasinin Baş müəllimi Nurlana Həmzəyevanın “Rusiya Xəzər dənizi hövzəsinə yürüşə hazirlaşir” mövzusunda acıq dərsi keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşları, Azərbaycan tarixi kafedrasının və məktəbin tarix fənni müəllimləri iştirak ediblər.

Bildirilib ki, əsas məqsəd yeni tədris vasitələrinə və təlim texnologiyalarına əsaslanaraq XVIII əsrin əvvəllərində ölkəmizdə və çar Rusiyasındakı sosial-iqtisadi, siyasi vəziyyət, həmçinin I Pyotrun Xəzər dənizi sahillərinə göndərdiyi ekspedisiyalar haqqında 8-ci sinif şagirdlərində ətrafı tarixi bilik yaratmaqdır .

Nurlana Həmzəyeva tərəfindən təqdim olunan dərs müasir təlim metodlarına (kurikuluma) əsasən tədris edilib. Müəllim tədris vəsaitlərindən istifadə etməklə, şagirdlər üçün maraqlı slaydlar hazırlayıb. Dərs vaxtı sinfin şagirdləri 3 qrupa bölünüb və onlara yeni mövzu təqdim edilib. Mövzunu mənimsəyən şagirdlər sual cavab prosesində fəal iştirak ediblər.

Daha sonra şagirdlərə ev tapşiriqları verilib və qruplarin qiymətləndirilməsi həyata keçirilib. Açıq dərs bitdikdən sonra yeni təqdimatı təhlil edən pedaqoqlar bu cür metodların tətbiqini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, yeni təlim texnologiyalarına və tədris vasitələrinə əsaslanan  dərslərin mütamadi keçirilməsi şagirllərin gələcək peşə seçiminə köməklik göstərəcək və onların mütəxəssis kimi formalaşmasında mühüm rol oynayacaq.