Universitet tələbələri arasında dama yarışının qalibləri müəyyənləşib

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə dama yarışı keçirilib.

Gəncə  Şahmat  Məktəbində keçirilən müsabiqədə 60 yaxın tələbə iştirak edib. Əvvəlcə Gəncə Şahmat Məktəbinin müdiri Asif Həsənov gənclərə oyunun qaydaları haqqında məlumat verib.

Üç mərhələdə həyata keçirilən dama yarışında 1-ci yerə Riyaziyyat və informatika fakültəsinin tələbəsi Coşqun Hümbətov, 2-ci yerə Fizika və texniki fənlər fakültəsinin tələbəsi Babək Allahyarov, 3-cü yerə isə Riyaziyyat və informatika fakültəsinin tələbəsi Aytən Həmidova çıxıblar.

Sonda universitetin tələbələri dəstəyə və yaradılan şəraitə görə Gəncə Şahmat Məktəbinin  müdiri Asif Həsənova və məktəbin kollektivinə öz təşəkkürlərini bildiriblər.