UNİVERSİTET TƏLƏBƏLƏRİ BİLİK YARIŞINDA QALİB OLUB

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşşəbbüsü ilə Gəncədə Fəaliyyət göstərən Ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual yarış təşkil olunub.

Bilik yarışında Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecini təmsil edən komandlar iştirak edib.

YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən bilik yarışında, hər biri beş nəfərdən ibarət olan beş  komandanın qatıldığı bilik yarışında, iştirakçılar Ümummilli liderin həyatından, siyasi fəaliyyətindən, qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərdən verilən sualları cavablandırıblar. Komandalar  münsiflər heyyəti tərəfindən qiymətləndirilib.

Gərgin keçən bilik yarışında Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxmışdır.

Mətbuat və İctimaiyyətlə əlaqələr xidməti