UNİVERSİTET TƏLƏBƏLƏRİ RƏSM MÜSABİQƏ-SƏRGİSİNDƏ MÜKAFATLANDIRILIBLAR

Gəncə Dövlət Universitetinin “Təsviri incəsənət müəllimliyi” ixtisasının III kurs tələbəsi Mirvari Ələsgərova və II kurs tələbəsi Emin Səfərov Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar rəssamı Şaiq Məmmədovun rəhbərliyi ilə Bakı şəhərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Mənəvi Dəyərlərin Təbliği fondu və “Sənətşünaslığın təbliği” İctimai Birliyi tərəfindən tələbələr arasında təşkil olunmuş “Aprel döyüşləri və şəhid heykəltəraş Samir Kaçayev” adlı müsabiqə-sərgisinə qatılmışdılar.

Müsabiqə-sərgisində Mirvari Ələsgərova I yerə və 500 AZN pul mükafatına, Emin Səfərov isə həvəsləndirici diploma və 100 AZN pul mükafatına layiq görülmüşdülər.

Hər iki tələbəmizi təbrik edirik.