Universitet tələbələrinin baza uşaq bağçası ilə birgə ekskursiyası

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin baza məktəbləri olan 39 və 4 nömrəli tam orta məktəblərin şagirdləri ilə birgə müxtəlif tədbirlər həyata keçirilir. Bu gün isə universitetin baza uşaq bağçası olan Gəncə şəhər 2 saylı uşaq bağçası ilə birgə Azərbaycanın dahi şairi olan Nizami Gəncəvi muzeyinə və məqbərəsinə ekskursiya təşkil olundu. Uşaqlar dahi şairin həyat və fəaliyyəti haqqında ətraflı məlumat aldıqdan sonra  eksponatlarla tanış oldular. Ekskursiya uğurla yekunlaşdı.