Universitetdə ekoloji problemlərə həsr olunmuş elmi seminar keçirildi.

30 oktyabr 2014-cü il tarixində Gəncə Dövlət Universitetində “XXI əsrin əvvəllərində Azərbaycanda ekoloji problemlərin həlli yolları” adlı elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan Elm və texnika üzrə prorektor elmi seminarların əhəmiyyətindən və Universitetdə bu istiqamətdə görülən işlər barədə məlumat verdi. Ekologiya kafedrasının müdiri Vaqif Rəhimov mövzünun aktuallığından bəhs etdi və sözü məruzəçi professor Sevda Əhmədovaya verdi. Azərbaycan şəhərlərinin ekoloji problemlərindən danışan məruzəçi, problemin həlli yollarını da təklif etdi. Videoçarx və slaytlarla müşaiyət olunan məruzə maraqla dinlənildi. Elmi seminarda Ekologiya kafedrasının əməkdaşları fəal iştirak etdi. Xatırladaq ki, Gəncə Dövlət Universitetində mütəmadi olaraq elmin müxtəlif istiqamətləri üzrə elmi seminarlar təşkil olunur.