UNİVERSİTETDƏ İMTAHAN SESSİYASI VƏ ƏYANİ TƏHSİLLƏ BAĞLI ONLİNE GÖRÜŞ TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetində qabiliyyət tələb edən ixtisasların əyani tədris edilməsi və imtahanların gedişi ilə bağlı məsələləri müzakirə etmək məqsədi ilə online iclas keçirilib.

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 İclasda çıxış edən rektor Yusif  Yusibov təhsil nazirinin imtahan sessiyasının və tədrisin əyani formada keçirilməsi barədə iclas iştirakçılarına məlumat verərək əmrdən irəli gələn vəzifələrin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin əyani və distant formada təşkil edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rektor GDU-da onlayn dərslərin və imtahanların  davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə də danışıb. Professor Yusif Yusibov fakültələrdə qabiliyyət tələb edən ixtisaslar üzrə tələbələrin əyani təhsilə cəlb olunması ilə bağlı dekanlara məlumat verib.

Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov çıxış edərək imtahanların kerilmə forması, həmçinin test imtahanları üçün sualların vaxtında bazaya təqdim edilməsi, test suallarının yenidən nəzərdən keçirilməsi səhv sualların düzəldilməsi və ya çıxarılması kimi məsələlərə diqqət ayırmağı fakültə dekanlarına tövsiyə edib.

Fakültə dekanları müzakirə edilən məsələlərə münasibət bildirərək qarşıya qoyulan vəzifələrin həllinə çalışacaqları barədə məlumat verdilər.

Sonda rektor Yusif Yusibovun müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verib.