Universitetdə keçirilən fakültələrəarası intellekt yarışının qalib komandası müəyyən olub

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitet daxilində fakültələrarası intellektual yarış keçirilib.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə bildirib ki, intellektual yarışda 8 fakültə iştirak edib.

Qeyd edilib ki, universitetdə ayrı-ayrı vaxtlarda, müxtəlif formatlarda keçirilən bilik yarışlarının əsas məqsədi tələbələrin ixtisaslarına və müxtəlif sahələrə aid bilik səviyyəsini aşkarlamaq, həmçinin onların asudə vaxtlarını səmərli təşkil etməkdir.

Yarışda komandalara müxtəlif sahələrə aid 15 sual təqdim edilib. Hər sual bir balla qiymətləndirilib və yanlış suallar əvvəlki doğru sualların nəticəsinə təsir göstərməyib. İntellektual yarışın nəticələrinə görə universitetin Filologiya fakültəsinin komandası 1-ci yerə, Fizika və texniki fənlər fakültəsi 2-ci yerə çıxıb. Üçüncü yeri isə Xarici dillər fakültəsi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları bölüşüblər.