UNİVERSİTETİMİZİN TƏLƏBƏSİNƏ “İLİN FƏAL GƏNCİ-2020” MEDALI TƏQDİM OLUNMUŞDUR

“Qafqaz-Media” İctimai Birliyi tərəfindən gəncləri həvəsləndirmək məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğurlar qazanmış bir qrup gəncin mükafatlandırılması məqsədi ilə keçirilən “Gənclər gələcəyimizdir” adlı layihəyə yekun vurulmuşdur.

Tədbirdə “Qafqaz-Media” İctimai Birliyi tərəfindən  medal və mükafatların təqdimatı olmuşdur. Sevindirici haldır ki, həmin tədbirdə Gəncə Dövlət Universitetinin iqtisadiyyat-idarəetmə fakültəsinin II kurs tələbəsi Murat Quliyev də “Qafqaz-Media” İctimai Birliyi tərəfindən “İlin fəal gənci-2020” medalına layiq görülmüşdür. Bu münasibətlə tələbəmizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ