Universitetin əməkdaşları Bakı II Beynəlxalq Elmi Konfransında

Gəncə Dövlət  Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları  Bakı II Beynəlxalq Elmi Konfransında iştirak ediblər.

Kafedra müdiri əvəzi dosent Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, baş müəllimlər Yeganə Hüseynova, Aygün Əhmədova və Aytən Muşkiyeva konfransda məruzə ilə çıxış ediblər.

Müzakirələrdə iştirak edən məruzəçilərə sonda sertifikatlar tədim olunub.