UNİVERSİTETİN FAKÜLTƏLƏRİNDƏ ULU ÖNDƏRİN 98-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR VİDEOKONFRANSLAR TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetinin fakültələrində Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfranslar keçirilib.
Onlayn tədbirlərdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, fakültə dekanları, müəllimlər və tələbələr iştirak ediblər.
Videokonfransda çıxış edən Gülsüm Fətəliyeva Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.
Sonra İqtisadiyyat-İdarəetmə, Tarix-Coğrafiya, Riyaziyyat-İnformatika, Pedaqoji, Filalogiya, Kimya-Biologiya, Xarici dillər, Fizika və Texniki fənnlər fakültələrinin dekanları, kafedra müdirləri, müəllimlər və tələbələr çıxışlar ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu, ölkəmizdə ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm qalibiyyəti dünyaya səs saldı. Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır.