UNİVERSİTETİN ŞƏRƏFİNİ QORUYANLAR

Bu günlərdə Bakı şəhərində ali məktəblərin tələbələri arasında yüngül atletika üzrə Respublika çempionatı keçirilmişdir. Çempionatda Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda uğurla çıxış edərək III yerə sahib olmuşdur. Komanda Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun, Gənclər və İdman naziri cənab Azad Rəhimovun, Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Səttar Mehbalıyevin imzası ilə fəxri fərmana və kuboka layiq görülmüşdür.

Umumilli lider Heydər Əliyevin anadan olmasının  93-cü ildönümünə həsr olunmuş Spartakiada da universitetimizin komandası stolüstü tennis üzrə ikinci yerə sahib olmuşdur.

Gəncə şəhər üzrə keçirilmiş ümumi spratakiadada yenə universitetimizin komandaları idmanın müxtəlif növləri üzrə uğurlu nəticələr əldə etmişlər. Bu münasibətlə komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin kuboku və fəxri fərmanı ilə  təltif edilmişdir.

11 iyul 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin keçirilən Elmi Şurasının iclasında professor Yusif Yusibov idmançıları universitetin şərəfini qoruduqları üçün fəxri fərmanla mükafatlandırmış, qazandıqları kubokları alqışlar altında universitetin idman klubunun sədri Xaqani  Umudova təqdim etmişdir.