Universitetin yenidən qurulan tələbə şəhərciyinin təmir planının Elmi Şurada təqdimatı olub

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə şura üzvləri  gündəlik məsələlər barədə məlumatlandırılıb.

Sonra 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının  yekunu  haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun, Bədən tərbiyəsi və idman kafedrasının müdiri İlham Ağayev və komissiyanın sədri, Fizika kafedrasının müdiri Niyazi Quliyevin, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev və  komissiyanın sədri Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyevin 5 illik fəaliyyətinə dair hesabatları dinlənilib.

Sonra yeni təyin olunmuş dekanlar, kafedra müdirləri elmi şura iştirakçılarına təqdim edilib.

Rektor, professor Yusif Yusibov dosent elmi adı atestatı alması münasibəti ilə Mətanət Rzayevanı təbrik edərək ona elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra universitetin yenidən qurulan yataqxana binalarının təmir planı haqqında video çarx nümayiş etdirilib.

Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.