“UNİVİA” LAYİHƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində “UNİVİA – Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı Tempus layihəsi çərçivəsində görüş keçirildi. Seminara başlamazdan öncə tərəfdaş universitetlərin nümayəndələri Gəncə Dövlət Universitetinin layihə çərçivəsində yenidən qurulan Beynəlxalq Əlaqələr Şöbəsində yaradılmış şəraitlə tanış oldular.

Dəyirmi stol arxasında gedən söhbətdə layihənin koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları, eləcə də Bakı, Sumqayıt və Naxçıvan Dövlət universitetlərinin nümayəndələri beynəlxalq səfərlərdə qazandıqları təcrübələrini bölüşmüş, fikir mübadiləsi aparılmışlar.

Koordinatorluğunu Azərbaycan Dövlət İqtisad Uiversitetinin rəhbərlik etdiyi “UNİVİA” layihəsində Avropadan Böyük Britaniya, İspaniya, İtaliya, Ukrayna, Qırğızıstan, Tacikistan kimi ölkələr daxil olmaqla 19 ali məktəb, Azərbaycandan isə Azərbaycan Respublikası Təhsil Nazirliyi və layihədə adıçəkilən 4 universitet tərəfdaş qismində iştirak edir.

Layihəyə əsasən Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələri üzrə yeni fəaliyyət strategiyası hazırlanmış və bu strategiya planlı şəkildə şöbənin gələcək fəaliyyətində öz əksini tapacaqdır.