Uşaq Evində görüş

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin Riyaziyyat və informatika, Pedaqoji və Biologiya-kimya fakültəsinin tələbələri Uşaq Evində valideyn himayəsindən məhrum olan uşaqlarla görüş keçirib.

Müntəzəm şəkildə bu cür görüşlərin həyata keçirilməsi məhz tələbələrin təkidli israrları nəticəsində gözəl ənənənin formalaşmasına gətirib çıxarıb.

Uşaq Evinin kiçik sakinləri görüş zamanı öz bacarıq və istedadlarını tələbələrə göstərmiş və birgə şənlənmiş, rəqs etmiş, bir sözlə hər iki tərəf vaxtlarını olduqca səmərəli keçirmişdir.

Bu humanist, gözəl ənənə üçün Uşaq Evinin rəhbərliyi tələbələrə kollektiv adından öz təşəkkürünü bildirmişdir.